“Məhkumlar" bu gün tufan qoparacaq

"Məhkumlar"ın 18-ci bölümü bir neçə saat sonra efirdə olacaq. SİA-nın məlumatına görə, bu gün efirə gedəcək 18-ci bölüm hadisə və gərginliklərin yenidən başlanması, alovlanması ilə yaddaşlarınızda qalacaq. Bu bölüm sonrakı hadisələrin açılması, aydınlaşması, bəlkə də yenidən baş qaldırması üçün güclü zəmin yaradacaq. Olduqca maraqlı faktları aşkara çıxardacaq 18-ci bölümü izləməklə bütün hadisələrin aşkarlanmasını, yəni bir sözlə açarını görə biləcəksiniz. Hadisələrin necə cərayan etməsinə gəldikdə isə bəzi xüsusi, özəl məqamları nəzərinizə çatdıraq. Hadisələr ciddi şəkildə cığırından çıxsa da, onları düzəltməyə təşəbbüs edənlər də tapılacaq. Bu amansız həyatın qurbanlarına çevrilən 2 gənc Xəqani və Röyanın sevgisi bildiyiniz kimi sona çatmaq üzrədir. Bu işdə isə istər Röya, istərsə də Xəqani sadəcə bir günahkar görür- "ADİL". Röyanın və Xəqaninin ağır sözlərini eşidən Adil mühüm qərar verəcək. O, bəlkə də bu yoldan da çıxış yolu tapa biləcək. Zərintac 3 övladı ilə qarşı-qarşıya qalacaq. Bir ana üçün bundan ağrılı dərd ola bilməz. Hətta Solmaz da anasının növbəti fırıldağını öyrənəcək. Səlimə və Zərintac düşmənə çevriləcək. Nəhayət, Solmazın uşağının cinsiyyəti məlum olacaq. Xuramanın Qadiri, Zərintacın isə Kamili dünyaya gəlməyə hazırlaşır. Görəsən iki nənə hələ dünyaya gəlməmiş körpəyə ad qoymağa niyə belə tələsirlər?! Ən maraqlısı da odur ki, Solmaz övladına atasının yoxsa yoldaşının adını qoyacaq? Bu bölüm "Məhkumlar"da Şahmar obrazını canlandıran əməkdar artist Sabir Məmmədov ilk dəfə görünəcək və öz gəlişi ilə necə tufanlara səbəb olacaq. Tünzalənin əri, Şəbnəmin atası olan Şahmar həbsxanadan qisas almağa gələcək və bunu necə edəcək, hansı qiyamətlər, qırğınlar yaradacaq, necə nifaqlar salacaq, hansı hadisələri açıqlayacaq və bu hadisələrin açıqlanması nə kimi qorxulu nəticələrə səbəb olacaq - artıq bundan sonrakı hadisələri özünüz izləyib, dəhşətə gələrsiniz. "Məhkumlar"ın yaşadıqları insidentlərin, qalmaqalların şahidinə çevrilmək istəyirsinizsə bu gün 19:30-da mütləq şəkildə ATV kanalında bizi izləməyi unutmayın!

Bütün xəbərlər Facebook səhifəmizdə