Tanınmış aktrisa dünyasını dəyişdi

Bu gün Türk dünyasında kədərli hadisə baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Macide Tanır dünyasını dəyişib. 89 yaşlı mərhumənin ölüm səbəbi hələ açıqlanmır.

Qeyd edək ki, o, Ankara Dövlət Konservatoriya Teatr və Opera şöbəsindən məzun olub. 1943-ci ildən dövlət teatrlarında işləməyə başlayıb. 42 il teatr səhnələrində fəaliyyət göstərən aktrisa 50-dən çox dünya, türk əsərlərinin baş rollarında çıxış edib. 1991-ci ildə fəxri ada layiq görülüb. Sənətçinin "teatrın cadugəri" adlı kitabı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə