Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, xalq artisti Cənnət Səlimova və teatrın aktyoru, əməkdar artist Şövqi Hüseynov İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 31-ci "FƏCR" Beynəlxalq Teatr Festivalında beynəlxalq münsiflər heyətinin üzvü qismində iştirak ediblər. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, festivaldan qayıdan əməkdar artist Şövqi Hüseynovun sözlərinə görə, bu festival dünyanın ən nüfuzlu teatr festivallarından biridir.
O bildirib ki, hər il festivalda yerli teatr truppaları ilə yanaşı, 10-15 xarici ölkə teatrları da təmsil olunur: "I hissəsi beynəlxalq, II hissəsi yerli və sonuncusu regional olmaqla festival üç mərhələdən ibarət idi. Festivalda 10 gün ərzində 60-70 tamaşa mərhələlər üzrə münsiflər heyəti və tamaşaçıların müzakirəsinə verilirdi. Festivalda Azərbaycandan "Qatarın altına atılan qadın", Tehrandan "Voyçek", "Hamlet", "Ereks", Macarıstan "Kral Ubyu", Cənubi Koreyadan "Splendit oteli", Avstraliyadan "Dezdemona", İtaliyadan "Tufan", İran və İtaliyadan "1+1" və digər tamaşalar nümayiş etdirilib".
Məlumat üçün bildirək ki, əvvəlki illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti festivalda U.Şekspirin "Otello" (2011) və P.Filipponun "Don Raffael-trombonçu" (2012) tamaşaları ilə uğurla çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB