"Yeddi gözəl" Opera Teatrında

Fevralın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Qara Qarayevin 95 illiyi münasibəti ilə "Yeddi gözəl" tamaşası təqdim olunacaq. SİA-nın məlumatına görə, ölməz bəstəkarın bu əsəri Azərbaycan balet sənətinin mirvarisi hesab olunur və hər nümayişdə böyük tamaşaçı auditoriyası toplayır.

Balet triumfla bir çox ölkələrdə nümayiş olunub. Qara Qarayevin musiqisi dünyanın nüfuzlu sənətşünasları tərəfindən yüksək qiymətləndirilib. Hazırda "Yeddi gözəl" Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında səhnəyə qoyulur. Balet bu il Türkiyədə, eləcə də Roma və Milanda (İtaliya) təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə