Fevralın 1-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında müxtəlif rəqs növləri üzrə 2013-cü il Bakı şəhəri çempionatı keçiriləcək. Azərbaycanın Müasir və Sosial Rəsq Assosiasiyasından SİA-ya verilən məlumata görə, çempionat Hip-Hop, Beybi şou, Modern, CoupleShowdance, Rəqs şousu, Folklor ya da dünya xalqlarının rəqsləri (şərq, oriental), Etnik rəqslər istiqamətlərində təşkil olunacaq.
Məlumat üçün bildirək ki, beybi şou – uşaq rəqsləridir.
Modern (Caz modern) Contemprorary – klassik baletin müasir interpretasiyasıdır və rəqsin ən gözəl istiqamətlərindən biridir. Belə ki, köhnəlmiş klassik istiqamətdən aralanaraq, bu növ müasir rəqs incəsənətinin ən yaxşı tərəflərini özündə birləşdirir.
Rəqs şousu – bu adın özü hər şeyi izah edir... Bu istiqamətin ən parlaq və tanınmış növləri Todes, Anadoluatesi və başqalarıdır. Rəqs şousu özündə 3 istiqaməti birləşdirir və solo, duet, kiçik qruplar, formation və production nominasiyalarında ifa edilir.
Folkor və ya dünya xaqlarının rəqsləri - Bakıda Şərq, hind, Qafqaz və eləcə də Orta Asiya xalqlarının rəqsləri yayılıb.
Etnik rəqslər – Azərbaycan xalq rəqslərinin üslublaşdırılaraq, ifa edilməsi gözlənilir. Belə ki, konkret olaraq, etnik Azərbaycan rəqslərini bu gün heç kim ifa etmir. Ancaq üslublaşdırılmış xalq rəqsi əla təşkil olunub. Azərbaycanda tanınmış bir neçə kollektiv arasında sərt rəqabət olacağı gözlənilir.
Qeyd edək ki, bu təşkilat 2012-ci ildə Azərbaycana bir neçə dünya çempionu verib və bizim rəqsimizi dünyada Sosial rəqslər reytinqində 6-cı yerə qaldırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB