Danimarka "Eurovision-2013" mahnı müsabiqəsindəki təmsilçisini seçib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, ölkəni müsabiqədə Emmelie de Forest təmsil edəcək. Müğənni müsabiqə səhnəsində "Only Teardrops" mahnısını ifa edəcək. Mahnı münsiflər heyəti və tamaşaçılar tərəfindən seçilib.
Serbiya isə mahnı seçiminə başlayıb. Ölkə milli seçim komissiyasına bu ilki müsabiqə ilə bağlı 171 mahnı təqdim edilib. Mahnı qəbulunun müddəti başa çatdığından Serbiya seçim komissiyası təqdim edilmiş mahnıların müvafiq tələblərə cavab verilməsini müəyyənləşdirməkdədir. Onlardan 15-i seçilərək Serbiyanın milli seçim müsabiqəsinin yarımfinalına, yarımfinaldan isə ilk 5-i finala təqdim ediləcək. Serbiya milli seçiminin yarımfinalı martın 2-də, finalı isə martın 3-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB