Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsinin aparıcısı məlum olub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, yarışmanı isveçli yumorist və televiziya aparıcısı Petra Mede aparacaq.
Məlumat üçün bildirək ki, o, 2009-cu ildə İsveçin ən yaxşı qadın yumoristi seçilib. Nadir yumor məharəti olan bu xanım TV3 kanalında "Petra Mede Şou"nun aparıcısı olub.
Qeyd edək ki, hazırda isə Mede ən məşhur tədbirlərə, konfranslara, televiziya şoularına, konsertlərə aparıcılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB