Məşhur rok ifaçısı Tina Törner yanvarın 25-də ABŞ vətəndaşlığından imtina haqqında qərar qəbul edib. O, 90-cı illərin əvvəllərindən İsveçrədə yaşayır və bu ölkənin vətənlaşğığını qəbul etmək istəyir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sürij yaxınlığında müğənninin məskunlaşdığı şəhərciyin təmsilçi orqanı ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib. Bunun üçün kanton, eləcə də konfederasiya hökumətlərinin də qərarı lazımdır.
Əsl adı Anna Mey Bullok olan Tina Törner ABŞ-ın Tennesi ştatında anadan olub. O, 8 nüfuzlu "Qremmi" mükafatının laureatıdır. Tina Törner 2000-ci ildə karyerasını bitirdiyini açıqlayıb. O, vida turnesində 100 milyon dollardan çox gəlir əldə edib. Bununla belə, ulduz müğənni 7 il sonra yenidən səhnəyə qayığdı.
Keçmiş vətənində rok musiqisi ulduzunun adı yollardan birinə verilib - Tina Törner şossesi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB