Məhkumların Şahmarı: "Ömrümdə ilk dəfə ...”

Məhkumların Şahmarı: "Ömrümdə ilk dəfə ...”

Məhkumlar serialında yeni rol alan əməkdar artist Sabir Məmmədov dünən 52 yaşını çəkiliş meydanında qeyd edib. Ona edilən surprizdən xəbərsiz olan məşhur və istedadlı aktyor çox təəcüblənib. Ən özəl gününü məhkumlarla qeyd edən serialın Şahmarına çəkiliş meydanındakı surpriz "Məhkumlar"ın kamerasından da yan keçməyib.

Bu barədə SİA-ya açıqlama verən Sabir Məmmədov sevincini bizimlə bölüşüb. "Sağolsun "Məhkumlar" kollektivi! Dünən adgünüm idi. Həmin gün də çəkiliş var idi. Səhnəmiz kafedə çəkilirdi. Deməli mən qalxıram üzüm o tərəfə, arxam kameraya olur. Təbii ki, arxanı görmürdüm. Səhnə çəkildi. Serialın quruluşçu rejissoru Yaşar Əhmədov dedi ki, həmin səhnəni yenidən çəkməliyik. Mən də razılaşdım. "Mator" deyildi və çəkiləşlərə başladıq. Təkrar həmin səhnə oynanıldı və üzümü çevirəndə gördüm ki, kollektiv məni əllərində tortla və mahnı oxuyaraq təbrik etdilər. Çox maraqlı ssenari qurmuşdular. Ömrümdə birinci dəfə idi ki, çəkiliş meydanında ad günü qeyd edirdim. Belə bir ad günü təbrikinin olacağını gözləmirdim. Gözləmədiyim supriz oldu. "Məhkumlar"ın yaradıcı qurupuna, texniki heyyətinə, başda da Yaşar Əhmədov olmaqla, hər kəsə təşəkkür edirəm. "Məhkumlar" diqqətinizə görə minnətdaram!".

Bütün xəbərlər Facebook səhifəmizdə