Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər günü ilə bağlı layihə keçiriləcək. Layihə ilə bağlı Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov SİA-ya məlumat verib.
O bildirib ki, layihənin keçirilməsinə məqsəd milli mənəvi dəyərlərimizin təbliği ilə bağlıdır: "Qüdrətli müasir Azərbaycanın bu gün bütün sahələri, o cümlədən mədəniyyətimiz, incəsənətimiz inkişaf edir. Sözügedən layihə yanvarın 31-ə Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Həmin gün Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı Televiziyanın solistləri, xanəndələr çıxış edəcəklər. Onu da qeyd edim ki, bu Muğam mərkəzi ilə birlikdə bizim ilk layihəmizdir. Layihənin quruluşçu rejissoru məkdar incəsənət xadimi, AzTV-nin bədii rəhbəri Etibar Babayevdir".
R.Qasımov deyib ki, gecədə unudulmuş xalq və bəstəkar mahnıları Bəyimxanım Vəliyeva, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Məmməd Nəcəfov, Ariz Hüseynov, Günay İmamverdiyeva, Zabitə Alıyevanın ifasında səslənəcək. Sonda musiqisi Tahir Əkbərə, sözləri Mahirə Nağıqızına məxsus "Azərbaycanım" əsəri təqdim olunacaq.
Kollektiv rəhbəri deyib ki, irəlidə tamaşaçılara bir-birindən maraqlı canlı konsert proqramları təqdim ediləcək: "Gənc və istedadlı, vətəninə, cəmiyyətinə faydalı olan, ölkəsinin mədəniyyəti üçün istedadları məhs burada görəcəksiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB