Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və MDB İcraiyyə Komitəsinin birgə təşkilatçılığı ilə mart ayında Bakı şəhərində "MDB dövlətlərinin paytaxtlarında tarixi və mədəni irsin mühafizəsi məsələləri" adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfrans "Müasir urbanizasiya şəraitində paytaxt şəhərlərin tarixi və mədəni irsinin mühafizəsi məsələləri", "Paytaxt şəhərlərin tarixi mərkəzlərinin idarə edilməsi modelləri və ümumdünya irsi", "Tarix və mədəniyyət abidələrinin şəhərin sosial-iqtisadi inkişafı baxımından səmərəli istifadəsi" mövzuları ətrafında sessiyalar şəklində baş tutacaq.
Konfransda MDB-yə üzv dövlətlərin paytaxt şəhərlərinin merləri və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir. Konfrans çərçivəsində eyniadlı mövzu üzrə fotosərginin təşkili də nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB