"Django Unchained" amerikalı rejissor Kventin Tarantinonun ABŞ-da indiyə kimi ən çox gəlir gətirən filmi olub. SİA-nın xarici mətbata istinadən verdiyi xəbərə görə, Milad günü teatrlarda göstərilməyə başlamasından bəri film təkcə ABŞ-da 129 milyon dollar gəlir əldə edib.
Tarantinonun bundan əvvəl ABŞ-da maddi cəhətdən ən uğurlu filmi "Inglourious Basterds" idi. Builki "Oskar" mükafatlarında ən yaxşı film kateqoriyasında namizəd olan filmdə Ceymi Foks, Kristof Uoltz, Leonardo Di Kaprio, Kerri Vaşinqton və Samuel Cekson kimi aktyorlar iştirak edib.
Film Avropa, Asiya və Cənubi Amerikada bu həftə nümayiş etdirilməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB