Bu gün Heydər Əliyev Sarayında 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib. Saraydan SİA-ya verilən məlumata görə, ilk öncə, Sarayın xidməti girişində 20 yanvar faciəsini əks etdirən kitab, müxtəlif nəşrlər, tarixi materiallar və foto stendə baxış keçirilib. Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib. 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Sarayının rəhbərliyi, Azərbaycan xalqının və ölkəmizin tarixində yaşanmış, bəşəriyyətin dinc sakinlərinə qarşı törədilmiş ən qəddar cinayətlər sırasında yer alan 1990-ci il yanvar hadisələri haqqında geniş məruzə ilə çıxış edib.
Məruzəçilər baş verənlərin insanlığa qarşı törədilmiş teror hadisəsi olduğunu və faciə təkcə Azərbaycanda yaşayanlara qarşı deyil, ümumilikdə dünyada yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayət aktı olduğunu bildirib.
Tədbir iştirakçılarına 20 Yanvar hadisələrinin başvermə səbəbləri, Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə haqqında geniş məlumat verilib və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb.
Tədbir sənədli filmin nümayişi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB