İçərişəhərdəki muzeylərə nə qədər ziyarətçi gəlib?

İçərişəhərdəki muzeylərə nə qədər ziyarətçi gəlib?

İçərişəhərdəki müzeylərə ötən il 187 229 nəfər ziyarətçi gəlib. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Bundan əlavə, ümumi sayı 2861 nəfərə çatan 232 xarici rəsmi nümayəndə heyəti qəbul edilərək ərazidəki tarixi-memarlıq abidələri və digər maddi irsimizin nümunələri ilə tanış olublar.

İçərişəhərin Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə qorunma vəziyyətinin qiymətləndirilməsi məqsədilə Dünya İrs Mərkəzinin və İKOMOS-un birgə monitorinq missiyasının Bakıya səfəri təşkil edilib, Sankt-Peterburqda keçirilən Dünya İrs Komitəsinin sessiyasında İçərişəhər barəsində müsbət qərarın çıxarılmasına nail olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə