20 yanvar 1990-ci il Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılıb. Bu faciədən artıq 23 il ötməsinə baxmayaraq xalqımız bu qanlı yanvar gecəsini unutmayıb. Respublikamızda hər il 20 yanvar günü Ümumxalq hüzn günü kimi qeyd olunur. 20 yanvar gecəsi həlak olan Azərbaycanın vətənpərvər övladları xalqımızın tarixinə əbədi izlər qoyub və şəhidlik zirvəsinə ucalıblar.
SİA-nın məlumatına görə, hər il olduğu kimi bu il də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyində 20 yanvar faciəsi dərin hüznlə anılıb. Tədbirdə orta məktəb şagirdləri, Universitet tələbələrinin iştirakı ilə faciəyə həsr olunan səhnəciklər hazırlanıb, qanlı gecədə şəhid olmuş günahsız xalqımız bir dəqiqəlik sükütla yad edilib.
Faciə ilə bağlı bu gün də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin ekspozisiyasında 20 yanvar faciəsinin səhidlərinin xatirəsinə həsr olunan "Şəhidlər yaşayır" adlı anım mərasimi keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd gələcək nəsillərin xalqımızın qan yaddasını əbədi olaraq yaşatmağa, milli azadlığımız uğrunda öz canlarını vətən yolunda fəda vermiş şəhidlərimizi heç vaxt unutmamaga səsləməkdir.
Anım mərasimində Bakı şəhəri 48 saylı Fizuli qaçqın və Rəşid Behbudov adına 2 saylı İncəsənət musiqi məktəbi, 7, 8, 31 və 162 saylı orta məktəbin şagirdlərinin 20 yanvar faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq, həmçinin tədbirdə Bakı İncəsənət məktəbinin şagirdlərinin ifasında həzin musiqi təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB