Hacıbala Abutalıbov “Eurovision”un simvolik açarını təqdim edib FOTO

Müsabiqəsinin loqosu və şüarı da bəlli oldu
Hacıbala Abutalıbov “Eurovision”un simvolik açarını təqdim edib FOTO

"Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etmiş Azərbaycan müsabiqənin simvolik ev sahibliyi açarını "Eurovision-2013"-ün ev sahibi Malmö şəhərinə təhvil verib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, açarı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Malmönün meri Kent Anderssona təqdim edib.

Daha sonra "Eurovision-2013" mahnı müsabiqəsinin loqosu və şüarı seçilib. Loqo kəpənək formasındadır. Müsabiqənin şüarı isə belədir: "We are one" (Biz birik).

Bütün xəbərlər Facebook səhifəmizdə