Bakıda salsa rəqsləri üzrə dünya çempionatı keçiriləcək

Bakıda salsa rəqsləri üzrə dünya çempionatı keçiriləcək

Bakıda yanvarın 27-də Rəşid Behbudov adına Dövlət Mahnı teatrında latın amerikası salsa rəqsləri- "Salsa LA 2013 Baku Championship" çempionatı keçiriləcək. Tədbirin təşkilatçısı olan Azərbaycan Müasir və Sosial Rəqsləri Assosasiyasından SİA-ya verilən məlumata görə, ABŞ və Latın Amerikanın müasir rəqsi sayılan salsa 1970-ci ildə geniş yayılmağa başlayıb. Amma 2005-ci ilin dekabr ayında ilk dəfə Las-Veqasda salsa rəqsləri üzrə dünya çempionatı ("World Salsa Championships") keçirilib.

Dünyada salsanın əsas növləri bunlardır:

1. "Dairəvi" salsa, bura daxildir: Kuba salsası (Casino), Venesuela (Dominikan) və Kolumbiya salsası.

2. "Xətti" salsa və ya salsa "Cross-body" üslubu. Bu salsaya Los Anceles, London, Nyu-York (2), Palladium və Puerto Riko daxildir.

3. Ayrıca görünüşünə görə "Rueda de Casino" salsası böyük populyarlığa malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə