“Fotoşəkillərin söhbəti”

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunan "Fotoşəkillərin söhbəti" adlı tədbir sərgi təşkil olunub. SİA-nın məlumatına görə, sərgi Azərbaycan Fotoqraflar birliyi (AFB) ilə birlikdə hazırlanıb.

İlk dəfə olaraq Azərbaycan İstiqlal Muzeyində AFB üzvlərinin – Mirnab Həsənoğlunun, Oleq Litvinin, Tahir Cəfərovun, Fərid Məmmədovun və başqalarının 30-dan çox 20 Yanvar faciəsini əks etdirən fotoşəkilləri nümayiş olunub. Eyni zamanda, sərgidə ilk dəfə olaraq muzeyə Bakı İncəsənət mərkəzi yaradıcılıq birliyinin baş direktoru Rafael Gülməmmədli tərəfindən verilən 20 Yanvar hadisələrinin canlı şahidlərinin xatirələri təqdim olunub.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Fotoqraflar birliyinin sədri Mirnaib Həsənoğlu, Bakı İncəsənət mərkəzi yaradıcılıq birliyinin baş direktoru Rafael Gülməmmədli, fotoqraf Tahir Cəfərov, 20 Yanvar hadisələrinin şahidləri çıxış ediblər.

Qeyd edək ki, tədbirdə AFB-nin üzvləri, 20 Yanvar facisəinin canlı şahidləri, Prezident Qvardiyasının, Daxili və Sərhəd Qoşunlarının əsgərləri iştirak ediblər. Qonaqlar 20 Yanvar faciəsinə həsr olunan sənədli filmə baxıb və onlara 20 Yanvar faciəsi haqqında sorğu anketi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə