Yeni döş nişanları təsis ediləcək

Yeni döş nişanları təsis ediləcək

Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə Nazirliyin "Fəxri mədəniyyət işçisi" və "Fəxri turizm işçisi" döş nişanları haqqında Əsasnamə təsdiq edilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, yuxarıda qeyd olunan döş nişanlarının verilməsi üzrə 11 nəfərdən ibarət komissiya yaradılıb.

Nişanlar ildə altı dəfə: 30 yanvar - Mədəniyyət və Turizm Nazirliyinin yaradılması günü, 10 mart - Millli Teatr Günü, 28 may - Respublika Günü, 18 sentyabr - Milli Musiqi Günü, 27 sentyabr - Ümumdünya Turizm Günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə