Xalq artistinin həyat yoldaşı: "Həyatda qalması üçün hər şey edirik"
Kinolarımızın unudulmaz siması, xalq artisti Muxtar Maniyevin səhhəti yenidən pisləşib. Aktyorun səhhəti ilə bağlı onunla əlaqə saxlamaq istədik. Məsələ ilə bağlı SİA-ya açıqlama verən xalq artistinin həyat yoldaşı Nəsibə Muxtarova dedi ki, M. Manıyev uzun zamandır şəkərli diabet və hipertoniyadan əziyyət çəkir.
N. Muxtarova aktyorun səhhətində heç irəliləyiş olmadığını vurğulayıb: "O daimi həkim nəzarətindədir və hər gün müalicə alır. Şəkərdən ayaqları tutulub, güclə yeriyir. Tez-tez təzyiqi yüksəlir, halsız olur. Bütün bunlara baxmayaraq, həyatda qalması üçün hər şey edirik. Əsas odur ki, yanımızda olsun".
Qeyd edək ki, səhhətindəki problemlə əlaqədar xalq artisti heç bir film və ya tamaşada iştirak etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB