Bu gün Comedy. az layihəsi mətbuat konfransı keçirir. SİA-nın verdiyi xəbərə görə, konfransda aktyor Ramiz Hüseynzadə, Azərbaycanı Moskvada təmsil edən Comedy.az nümayəndələri, media nümayəndələri və başqaları iştirak edir.
Tədbiri giriş sözü ilə açan Ramiz Hüseynzadə layihə haqqında məlumat verib: "Comedy.az layihəsi 2008-ci ildən yaradılıb. Bu layihə rus dilindədir. Comedy.az layihəsində ən yaxşı yumoristlər iştirak edir. Onu da xüsusilə nəzərinizə çatdırım ki, sözügedən layihəni Rusiyada yayımlanan hansısa verilişlə səhv salırlar. Ancaq mən o insanlara demək istəyirəm ki, yalnış məlumatdır. Bu, ermənilərin yox bizim layihəmizdir".
Eyni zamanda mətbuat konfransı zamanı Comedy. az-ın fəaliyyətlərdən ibarət video çarx nümayiş olunub.
Qeyd edək ki, hazırda tədbir davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB