"Dünya Gözəli" qayıtdı

Bollivud aktrisası və keçmiş "Dünya Gözəli" Ayşvarya Ray ana olduqdan sonra ilk dəfə mətbuat qarşısına çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mumbay şəhərində film mükafatının açılışından əvvəl mətbuat konfransı keçirən gözəl aktrisanın yenə formada olduğu diqqətdən yayınmayıb.

Belə ki, Ayşvarya Ray 2010-cu ildə qızını dünyaya gətirdikdən sonra xeyli kökəlmişdi və o vaxtdan etibarən heç bir filmdə çəkilməyib. Son zamanlar ictimaiyyət arasına çıxmağa başlayan aktrisanın artıq çəkilərdən qurtulduğu və əvvəlki bədən quruluşunu bərpa etdiyi diqqət çəkib.

38 yaşlı aktrisa bu yaxınlarda BMT-nin HİV və QİÇS üzrə xoşməramlı səfiri elan edilib. O, həmçinin "L`Oreal"ın mətbuat katibidir.

Qeyd edək ki, Ayşvarya Ray dünya şöhrətli hind aktyor Amitab Baççanın oğlu Abişek Baççanla evlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə