Dünyanın dörd bir yanından televiziyalarda çalışan sənədli film rejissorları TRT Sənədli Film Mükafatı üçün toplanacaqlar. SİA-nın məlumatına görə, TRT-nin həvəskar və professional sənədli film rejissorlarını dəstəkləyərək, müxtəlif ölkələrdən fərqli və yüksək keyfiyyətli sənədli filmləri tamaşaçıya təqdim etmək və dünyanın hər tərəfindən sənədli film rejissorları ilə görüşüb, fikir mübadiləsi aparacaq bir layihə hazırlamaq məqsədilə təşkil etdiyi TRT sənədli film mükafatı üçün müraciətlər 1 noyabr 2012-ci ildə başladı.
TRT Bakı nümayəndəsi Yüksel Değercan, Azərbaycanda da çoxlu sayıda sənədli film prodüsserlərinin olduğunu diqqətə alaraq, Azərbaycan sənədli film prodüsserlərini TRT sənədli film mükafatı almağa dəvət edir.
Milli və Beynəlxalq olmaqla iki kateqoriyada reallaşdırılan TRT Sənədli Film Mükafatlarında ilk yarım finalı keçən filmlər, İstanbulda təşkil ediləcək TRT Sənədli Film Günlərində 09-13 May 2013-cü ildə möhtəşəm final gecəsində rejissorlarının iştirakı ilə tamaşaçı auditoriyasına təqdim ediləcək. Müraciət üçün son tarix 25 yanvar 2013-cü ildir.
Qeyd edək ki, müraciətlər, TRT-nin internet saytı www.trt.net.tr ünvanı vasitəsi ilə də qəbul olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB