Bu ilin mayında İsveçdə keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsi ilə bağlı fevralın 17-də ilk püşkatma mərasimi keçiriləcək. SİA-nın müsabiqənin rəsmi saytına istinadən aldığı məlumata görə, ötən il olduğu kimi bu il də iştirakçı ölkələrin iki yarımfinaldan hansında çıxış edəcəyi bu püşkatma zamanı məlum olacaq.
Eləcə də bu püşkatma mərasimində birbaşa finalda iştirak hüququna malik 5 ölkədən (İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya) hansı I və II yarımfinalı yayımlayacağı məlum olacaq. Püşkatma mərasimi müsabiqənin baş tutacağı Malmö şəhərində keçiriləcək. Həmin gün müsabiqənin simvolik ev sahibi açarı ötən il bu müsabiqəyə ev sahibliyi etmiş Azərbaycandan İsveçə təqdim olunacaq.
Qeyd edək ki, müsabiqədə iştirak edən ölkələrdən Gürcüstan da artıq təmsilçisini müəyyənləşdirib. Ölkəni Malmö səhnəsində Nodi Tatişvili and Sofie Gelovani dueti təmsil edəcək.
Məlumat üçün bildirək ki, Sofie Gelovani 1984-cü ildə anadan olub və musiqiçi 1990-1997-ci illərdə musiqi məktəbinin tələbəsi olub. Sənətçi eləcə də 1999-cu ildə Səhər ulduzu TV şousunun qalibi olub. 26 yaşlı Nodi Tatishvili isə Tiflisdə Musiqi məktəbində və Texniki Universitetdə təhsil alıb. O, həmçinin Londonda da oxuyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB