Eldar Qasımov bu dəfə “Böyük səhnə”də FOTO

Eldar Qasımov bu dəfə “Böyük səhnə”də FOTO

Azərbaycanın "Eurovision" qalibi Eldar Qasımov "Böyük səhnə"də görünmək istəyənlərin arzusunu gerçəkləşdirəcək. SİA-nın məlumatına görə, şəxsən Eldar Qasımovun iştirakı ilə gerçəkləşəcək layihə "Böyük səhnə" adı altında keçiriləcək.

Bu layihə üçün bir müddət əvvəl sənətçi öz "Facebook" səhifəsində yerləşdirdiyi elanda istedadlar axtarışında olduğunu bildirmişdi. Məhz sözügedən layihəylə əlaqədar olaraq yanvarn 16-da bu beynəlxalq musiqi layihəsinə start veriləcək. Azərbaycanın paytaxtı Bakıda keçiriləcək bu layihədə Eldar Qasımovla bərabər digər ölkələrdən tanınmış mütəxəssislər də yaxından iştirak edəcək. Bu beynəlxalq layihədə iştirak etmək üçün isə http://boyuksehne.com/az/Kastinqdə+iştirak+etmək+üçün+ərizə/ linkdə yerləşdirilən ərizə formasını doldurmaq lazımdır.

Bu gün tək Azərbaycanda deyil, bütün dünyada böyük sevgi qazanan Eldar Qasımov bildirir: "Əgər sən oxumağı sevirsənsə və ömrün boyu böyük səhnəni və sadiq pərəstişkarları arzulayırdınsa, onda sənin yerin məhz bizimlədi! Sadəcə buna can atmaq və bizə doğru gəlmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə