Lənkəranda Yeni İl şənliyi keçirilib

Lənkəranda Yeni İl şənliyi keçirilib

Dekabrın 29-da Lənkəranda "Şah saray"da Yeni il və 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş bayram şənliyi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bütün lənkəranlıları qarşıdan gələn bayramlar münasibtilə təbrik edib, onlara can sağlığı, firavan həyat arzulayıb.

Respublikamızda, o cümlədən rayonda gedən sürətli inkişafa toxunan başçı bildirib ki, 2012-ci ildə Azərbaycanın bütün bölgələrində yeni layihələrin və proqramların həyata keçirildiyini, insan amili faktorunun xüsusi önəm kəsb etdiyini, qeyri-neft sektorunun inkişafına mühüm əhəmiyyət verildiyini, cari ilin lənkəranlılar üçün də yaddaqalan olduğunu, qarşıdan gələn ildə də işlərin daha sürətlə davam etdiriləcəyini əminliklə vurğulayıb.

Şənlik boyunca rayonun özfəaliyyət kollektivlərinin, məktəb və bağça uşaqlarının ifasında rəngarəng musiq parçaları ifa edilib.

Çay süfrəsi arxasında keçən tədbirdə 2012-ci ildə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Şəhər İcra hakimiyyətinin fəxri-fərmanları və qiymətli hədiyyələri verilib. İcra başçısının Şağlakücə kənd ərazi vahidi üzrə nümayəndəsi Yədulla Yədullayevə isə uzun illər dövlət qulluğundə səmərəli fəaliyyətinə görə "Dövlət xidmətində fərqlənməyə görə" medalı təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə