Bu gün SSRİ xalq artisti, "Şöhrət" ordenli Zeynəb Xanlarovanın 76 yaşı tamam olur. SİA xəbər verir ki, Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ilin məhz bu günündə Bakıda dünyaya göz açıb. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. 1961-ci ildən Opera və balet teatrının solistidir.
O, 1975-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına, 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülüb.
Canlı karifey ecazkar, unudulmaz, gözəl səsi ilə ölkəmizi bütün dünyada tanıdıb. Dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, milyonlarla pərəstişkarı olub və indi də var. O xarici ölkələrdə yüksək adlara, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordeni, "İstiqlal" ordenlərinə layiq görülüb.
Zeynəb Xanlarova Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində baş rolları oynayıb. Onun Leylisi, Əslisi, Şahsənəmi əvəzolunmazdır. O, həm bir çox çətin muğamların ifaçısı, həm də bir sıra mahnıların müəllifidir.
Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) deputatı olub, Azərbaycan Respublikası Milli Məclisinin üvzüdür.
Ad gününüz mübarək, bizim Zeynəb!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB