Türkiyənin "Star" kanalında yayımlanan "Muhteşem Yüzyıl" serialının yaradıcı heyətinə daha bir tanınmış və cazibədar aktrisa qatılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bundan sonra tamaşaçılar serialın yeni bölümlərində tanınmış aktrisa Deniz Çakırı da görə biləcəklər.
Ötən aylarda yekunlaşan "İffet" serialında gözəl rolu ilə sevilən aktrisa "Muhteşem Yüzyıl" serialının yanvarda yayımlanacaq bölümlərində çəkiləcək.
Qeyd edək ki, tamaşaçılar Deniz Çakırı daha çox "Yaprak dökümü" serialındakı Fərhundə obrazından tanıyıb seviblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB