“Sübhün səfiri”

Dünya Azərbaycanlılarının həmrəylik günü ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. SİA-nın verdiyi xəbər görə, tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yazıçılar Birliyinin sədri və xalq yazıçısı Anar, xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Rasim Balayev, rejissor Ramiz Həsənoğlu və digər mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Mərasimi giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qarşıdan gələn Dünya Azərbaycanılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində 2012-ci ildə ölkədə əldə olunmuş naliyyətlərdən, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasından, iqtisadiyyatdakı irəliləyişlərindən, əhalinin rihaf halının yüksəlməsi istiqamətində ölkədə həyata keçirilən sosil yönümlü layihələrdən söz açıb: "Səbail rayonunda bir çox abadlıq işləri aparılıb. Obyektlər tikilib, parklar, istirahət güşələri və asfaltlaşdırılmış yollar salınıb.

Onu da qeyd edim ki, Azərbaycan mütəfəkkiri, Milli dramaturigiyanın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi böyük təntənə ilə qeyd olunur. Ölkə başçısı tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açan Mirzə Fətəli Axundzadənin yubileyini təntənəli şəkildə keçirilməsi barədə sərəncam imzalayaraq müvafiq tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verib. 2012-ci il həmdə Türksoy çərçivəsində "M.F.Axundzadə ili" elan edilib. Onu da nəzərinizə çatdırım ki, Mirzə Fətəli Axunzadənin yubileyi ilə əlaqədar olaraq "Sübhün səfiri" əsəri lentə alınaraq kinosu çəkilib".

Daha sonra tədbirdə çıxış edən Yazıçılar Birliyinin sədri və xalq yazıçısı Anar Azərbaycan Milli dramaturigiyasının banisi Mirzə Fətəli Axundzadənin yaradıcılı haqqında danışaraq onun həyat yoluna baxış keçirib: " M.F.Axundzadə mənalı həyat keçirib. Onun yubileyləri tək Azərbaycanda yox ölkədən kənarda da qeyd olunur".

Qeyd edək ki, tədbirin davamında "Sübhün səfiri" filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə