Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev işğal altında olan ərazilərimizin paytaxda fəaliyyət göstərən teatrlarımızın təmir olunub- olunmaması məsələsinə aydınlıq gətirib. SİA-nın sualını cavablarındıran nazir bildirib ki, İrəvan Dövlət Azərbaycan Dram və Şuşa Musiqili Dram Teatrının yararsız binası da dövlət proqramına uyğun olaraq təmir olunacaq.
Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq təmirə ehtiyacı olan teatr binalarımızın əsaslı təmir olunması məsələsinə baxılır: "Bildiyiniz kimi, bir sıra teatrlarımız yenidən bərpa edilib. Növbəti il üçün iki teatr binasının istifadəyə verilməsi nəzərdə tutulur. Bundan sonra da proqramın icrası üçün işlər davam etdiriləcək. Bu proqrama əsasən 2018-ci ilin sonuna kimi teatrlarımız yenidən təmir olunacaq. 6 ildən sonra bütün teatrlarımız tam əsaslı şəkildə təmir olunmuş olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB