"Çox fəxr edirik ki, Azərbaycan nümunələri bəşəriyyətin qoruduğu maddi irs nümunəsinə çevrilib. Bu da bəşəriyyətin Azərbaycan mədəniyyətinə verdiyi böyük diqqətdir. Heç kim Azərbaycan tar ifaçılıq sənətini o siyahıdan çıxarmaq fikrində deyil. Bu, mümkün olmayacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun Maddi-mədəni irs Siyahısına daxil edilməsinə İranın etirazına münasibət bildirərkən deyib.
Nazirin sözlərinə görə, bu, sadəcə fərqli düşüncədə olan alimlərin mülahizələridir: "Fərqli fikirlər ola bilər. Eyni səpkidə düşünən insanlar da fərqli fikirlər irəli sürə bilər. Amma artıq beynəlxalq təşkilat bunu qəbul edib. Onların fikirlərinə qarşı müəyyən izahatlar verilib. Əgər hansısa ölkə o ifa sənətində verdiyi töhfələrin daha çox olduğunu deyirsə, buyursunlar, Azərbaycan kimi onlar da müraciət etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB