Sabah "Qar kraliçası" gəlir FOTO

Park Cinema ənənəsinə sadiq qalaraq yenə yeniliklər etməyə davam edir. SİA-nın məlumatına görə, kino teatrda bu dəfə 3D formatında "Qar kraliçası"nın premyerasını keçirəcək. Premyera dekabrın 27-də olacaq.

Məlumat üçün bildirək ki, şimal küləyinin insanların ruhunu soyutmağı üçün, yeni, soyuq və praktiki dünyanın yaradılmasını arzulayaraq Qar Kraliçası bütün yaradıcılıq fəaliyyətilə məşğul olanlardan canını qurtarır. Balaca, qoçaq Qerda, qardaşı Kayı xilas etmək üçün, Qar Kraliçasının soyuq dünyası ilə üz-üzə gəlir. Öz məqsədinə nail olmaq üçün, Qerda bütün çətinliklərdən, maneələrdən keçərək, həm ailə qazanır, həm özünə inanır, həm də yeni dostlardan dəstək görür.

Rollarda İvan Oxlobıstin, Nyuşa Şuroçkina, Anna Ardova, Ramilə İsgəndər, Dmitri Nağıyev və Liza Arzamasovadır. Cizgi filminin rejissoru isə Maksim Sveşnikov və Vladlen Barbedir.

Qeyd edək ki, animasiyaya yaş məhdudiyyəti yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə