Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) İdarə Heyətinin növbəti iclası keçirilib. İttifaqın mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun SİA-ya verdiyi məlumata görə, idarə Heyətinin aşağıda adları qeyd olunan üzvləri yekdilliklə ABİ-nin katibləri seçiliblər.
1. Sərdar Fərəcov - bəstəkar, əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru;
2. Zemfira Qafarova - musiqişünas, əməkdar incəsənət xadimi, Baki Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru;
3. Cəlal Abbasov – bəstəkar, əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın dosenti;
4. Aliyə Məmmədova- bəstəkar, Baki Musiqi Akademiyasının baş müəəllimi;
5. Lalə Hüseynova- musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB