Görkəmli alimin 70 illik yubileyi keçiriləcək

Görkəmli alimin 70 illik yubileyi keçiriləcək

Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Pedaqoji və Sosial elmlər Akademiyasinin həqiqi üzvü, görkəmli estetik alim Vidadi Xəlilovun anadan olmasının 70 illiyinə həsr olunan ədəbi-bədii yubiley törəni keçiriləcək.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birlyinin təşəbbüsü və təşkilatçılığı ilə düzənlənən proqramda millət vəkilləri, elm xadimləri, tanınmış sənətçilər, şairlər, yazıçılar iştirak və çıxış edəcək. Saat 18.00-da baş tutacaq tədbir çərçivəsində teatrın binasında yubilyarın öz əsərlərinin və onun haqqında işıq üzü görmüş əsərlərin sərgisi də təşkil olunacaq.

Yubiley törəniniə giriş sərbəstdir, maraqlananlar gələ bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə