Azərbaycanın məşhur vokalçısı Ramil Qasımov Azərbaycan xalq mahnılarından ibarət konsert proqramına və CD toplu çıxarmağa hazırlaşır. SİA-nın məlumatına görə, hazırda ciddi-cəhdlə CD üzərində çalışan Ramil Qasımov hər bir ölkənin özünün xalq musiqisinin olduğunu, Azərbaycanın adının bu gün dünyanın lider ölkələri sıralarında çəkildiyini diqqətə çatdırıb.
R. Qasımov bildirib ki, Azərbaycanın xalq mahnılarından ibarər konsert proqramı və CD toplunu hazırlamaqda məqsəd milli dəyərlərimizə hörmət və unudulmuş xalq mahnılarının müxtəlif ölkələrində təbliğidir: "Hazırda AzTV-nin Əhsən Dadaşov adına "Xatirə" Xalq Çalğı Alətləri Ansamblı ilə məşqlər gedir. Ansamblın bədii rəhbəri, xalq artisti Adil Bağırov əsərləri yeni interpretasiyada hazırlayır. Düşünürəm ki, yeni ilin yanvar ayının I yarısında konsert proqramı və CD toplu paralel olaraq dinləyicilərin ixtiyarına veriləcək".
Tanınmış musiqiçi onu da əlavə edib ki, müasir Azərbaycan vokalçıları ilə birlikdə "Dünya Azərbaycanlıların birlik nəğməsi" adlı musiqi kompozisiyası hazırlanır. Mahnının musiqisi bəstəkar Azad Zahidə, sözləri polkovnik, əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə məxsusdur. "Dünya Azərbaycılarının birlik nəğməsi" adlı musiqi kompozisiyasını Azərbaycanın məşhur vokalçıları ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB