Ell & Nikki Albaniyada

Azərbaycanın "Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal Albaniyaya səfər edəcəklər. SİA-nın məlumatına görə, qaliblərimizin bu ölkəyə səfəri Albaniyanın "Eurovision 2013" təmsilçisinin seçilməsi məqsədi ilə dekabrın 22-də keçiriləcək milli finalda qonaq qismində iştirak etməkdir.

Eldar Qasımov deyib ki, Nigar Camalla birgə sabah, yəni dekabrın 21-də bu ölkəyə gedəcəklər. Albaniyanın "Eurovision 2013"lə bağlı milli finalında Eldar və Nigar cütlüyü qalib mahnı "Running Scared"i, eyni zamanda yeni bir duetlə çıxış edəcəklər. Onu da öyrəndik ki, "Eurovision 2012"dəki təmsilçisinin final seçiminə dəvət olunan qalib duet, gərgin iş qrafiki səbəbindən bu səfəri reallaşdıra bilməmişdi. Bu il yenidən ölkənin milli finalına dəvət alan Ell&Nikki, bu dəfə bu təklifi gerçəkləşdirmək qərarını veriblər. Eldar və Nigarın qatılacağı milli finalda Albaniyanın "Eurovision 2013" mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə