Yeni sədr seçildi

Bu gün keçirilən toplantıda Azərbaycan Bəstəkarlar İttifaqına yeni sədr seçkiləri keçirilib. SİA-nın məlumatına görə, xalq artisti Firəngiz Əlizadə yekdilliklə yenidən ittifaqın sədri seçilib. Seçkiləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva müşahidə edib.

Seçkilərin nəticəsi olaraq 25 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Hazırda ittifaqın katibliyinin iclası keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə