Gənc vokalçımız konsert proqramı ilə çıxış edib FOTO

Gənc vokalçımız konsert proqramı ilə çıxış edib FOTO

Tanınmış vokalçı Ramil Qasımov Azərbaycan bəstəkarlarının IX qurultayı çərçivəsində Rəşid Behbudov adına Mahnı Teatrında bəstəkarların mahnı konsertində çıxış edib. SİA-nın məlumatına görə, müğənni musiqisi bəstəkar Azad Zahid, sözləri Qorxmaz Şıxəlioğluna məxsus "Ana" mahnısını ifa edib.

Bu hadisəni yaradıcılığında növbəti uğur hesab edən vokalçı, bunun çox sevindirici olduğunu bildirib: "Azərbaycan bəstəkarlarının yeni əsərlərini dinləyirik. Hər bir bəstəkar öz əsərini istər klassik, istər mahnı, istər romans şəklində gənclərə təbliğ edir".

R.Qasımov onu da bildirib ki, bəstəkarların IX qurultayında Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri - Cahangir Cahangirov adına xor Niyazi adına Simfonik orkestr, Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı da çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə