Dünyaca məşhur ifaçı Keiko Matsui Bakıda konsert verəcək. SİA-nın məlumatına görə, "Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq konsert martın 15-də Heydər Əliyev adına Sarayında olacaq.
Bu dəfə bakılı tamaşaçılara xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə konsert proqramı təklif ediləcək. Konsertə biletləri şəhərin bütün kassalarından almaq olar. Biletlərin qiyməti 20-100 manat arasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB