Bakının Dənizkənarı Milli Parkında yeni inşa olunan Azərbaycan Xalçaçılıq Muzeyinin Novruz bayramı ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulur. Bunu SİA-nın sualına cavab olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, bu ilin sonuna kimi muzeyin inşasının başa çatması gözlənilir: "Bundan sonra isə biz 4-5 ay ərzində muzeyin kompozisiyasının qurulması, avadanlıqların yerləşdirilməsi prosesini həyata keçirəcəyik. Ümid edirəm ki, Novruz bayramı ərəfəsində biz Xalça Muzeyini görə biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB