“Azərbaycan uşaq musiqisi: problemlər və perpektivlər”

“Azərbaycan uşaq musiqisi: problemlər və perpektivlər”

Bu gün "Azərbaycan uşaq musiqisi: problemlər və perpektivlər" adlı elmi-praktik konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, əməkdar incəsənət xadimi İmruz Əfəndiyev, pedaqoji elmlər doktoru, professor Minarə Dadaşova, sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova, bəstəkar Rəna Qədimova və başqaları iştirak edib.

Mərasimi giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə tədbir haqqında danışıb: "Bu tədbiri keçirməyi özümüzə borc bildik. Bu kimi konfranslar keçirərək gənc nəslə dəstək olmaq istəyirik. Çünki onlar bizim gələcəyimizdir. Onu da nəzərinizə çatdırım ki, bir çox unudulmuş mahnılar var ki, gənclərimiz onu ifa edərək yaddan çıxmağa imkan vermirlər. Qeyd edim ki, balacalarımız müasir bəstələrə yaxın olmalıdırlar. Əgər indidən yaxşı bəstələrə qulaq assalar, gələcəkdə normal bəstəkar kimi formalaşa bilərlər. Odur ki, bəsətkarlarımız yaxşı mahnılar bəstələməlidir ki, illərlə yaddaşlarda qalsın. Ancaq hazırda yaxşı bəsəkarlarımız sırasında Azər Rzayevin, Adilə Yusifovanın, Azər Dadaşovun, Sevda İbrahimovanın və digərlərinin adlarını çəkmək olar".

Qeyd edək ki, tədbirin davamında balacalar musiqi nömrələri göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə