Bakıda Çin Mədəniyyət Günləri keçiriləcək

Bakıda Çin Mədəniyyət Günləri keçiriləcək

Bakıda Çin Xalq Respublikasının Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində dekabrın 11-də Milli İncəsənət Muzeyində Çin rəssamlarının "Rəngkarlıq - İpək yolu" adlı sərgisi açılacaq, 11 və 13 dekabr tarixlərində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində məşhur Qansu Teatrının təqdimatında "Dunxuan mağarasının cazibəsi" rəqs - tamaşası göstəriləcək.

Bildirilir ki, Mədəniyyət Günləri Mədəniyyət və Turizm Nazirliyi və Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokola əsasən baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə