Naxçıvanda "Bəhruz Kəngərli 120" adlı sərginin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəsm Qalereyasında Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında görkəmli sənətkarın əsərlərindən ibarət sərgi təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Prezidentinin "Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında" 13 aprel 2012-ci il tarixli sərəncamına əsasən, nazirlik tərəfindən bu il iyunun 12-22-də Azərbaycan Milli İncəsənət Muzeyində də Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB