Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın yaradıcılıq işləri gedir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeni il üçün nəzərdə tutulan tamaşanın müəllifi teatrın quruluşçu rejissoru, aktyor Nicat Kazımovdur.
Bu dəfə müəllif azyaşlı tamaşaçıları "Qar qızı kim oğurladı" pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşa ilə sevindirəcəkdir. Səhnə əsərinin quruluşçu rejissoru və rəqslərin quruluşçusu Nicat Kazımov, bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşada rolları Zümrüd Quliyeva (Qar qız), Zülfiyyə Alhüseynova (Meşə ilahəsi), Xəyal Salahov, Anar Səfiyev (Küpəgirən qarı), Müşfiq Əliyev (Qar adamı), İradə Rəşidova (dovşan), Səfa Mehdi (dələ), Vahid Orucoğlu (ayı), Eşqin Quliyev (pinqvin) canlandıracaqlar.
Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabrın 27-dən yanvarın 5-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək. Bundan başqa, həmişə olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilən geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanan yeni il proqramına dəvət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB