“Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi

“Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi

Bakıda "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir dekabr 11-16-da keçiriləcək.

Biennaledə Avropa və Asiya ölkələrindən olan rəssamların, sənətşünasların və kuratorların iştirakı nəzərdə tutulub. Azərbaycan müasir incəsənətini onun hüdudlarından kənarda yaşayan tamaşaçıya və mütəxəssislərə tanıtmaq, eləcə də ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi biennalenin əsas məramıdır.

Biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "Yarat!" Yaradıcılıq Məkanıdır. Biennale çərçivəsində Bakıdakı 15 qalereyada sərgilər təşkil olunacaq.

Qeyd edək ki, "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi 2003-cü ildən etibarən Bakıda hər iki ildən bir keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə