“Sağlam həyat uğrunda”

Səbail rayonunda "Sağlam həyat uğrunda" aylığa start verilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən "Sağlam həyat uğrunda" şüarı altında sağlamlıq aylığının keçirilməsinə ilk qoşulanlardan biri də Səbail rayonunun tibb işçiləri olub. Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə müvafiq qrafik hazırlanmış və rayondakı bütün idarə müəssisələrində təşkilatlarda çalışan, həmçinin rayonun daimi əhalisinin müayinəsinin keçirilməsinə başlanıb. Müayinələri aparacaq həkim briqadaları müəyyənləşdirilib və artıq RİH-nin tərtib etdiyi qrafikə əsasən müayinələrə başlanılıb.

Həkim müayinələrindən keçən təşkilatlardan biri Muzey Mərkəzi və burada yerləşən İstiqlal, Xalça və Teatr tarixi muzeylərinin kollektivləri olub. 1 saylı şəhər poliklinikasının həkim briqadası tərəfindən aparılan işçiləri həkim yoxlamasından keçmiş, onlara lazımi tibbi məsləhətlər verilib.

Nəzərinizə çatdıraq ki, Səbail rayonunda müayinələrin keçirildiyi ilk 4 gün ərzində təkcə 1 saylı poliklinikanın səyyar həkim briqadaları tərəfindən Səbail rayon İcra Hakimiyyətinin Bakı şəhər Prokrorluğunun, "Səs" və "Yeni Azərbaycan" qəzetinlərinin redaksiyalarını, Dövlət Gənc Tamaşaçılar və Mahnı Teatrlarının, 1500-dən çox əməkdaşı həkim müayinələrindən keçiblər. Azərbaycan Dövlət Pedaqoji Universitetində isə artıq 200-dən çox tələbə müayinə olunub və hazırda da davam edir.

Qeyd edək ki, sağlamlıq aylığında keçirilən müayinələr rayonun bütün təşkilatlarında baş tutacaq. Rayon sakinlərinin yaşayış üzrə müayinəsi poliklinikalarda aparılacaq. Yeni yaşayış sahələrinə səyyar tibbi briqadaların getməsi təşkil olunacaq və RİH tərəfindən həkimlərə lazımi şərait yaradıcılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə