“Eurovision 2013″ - Milli seçim turunun əsas mərhələsi başlayır
"Eurovision 2013″ mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin müəyyənləşdirilməsi məqsədilə keçirilən Milli seçim turuna dekabrın 17-də start veriləcək. İctimai Televiziya və Radio Yayımları Şirkətindən SİA-ya verilən məlumata görə, milli seçimlərə qatılmaq üçün sənəd verən 128 nəfər arasından münsiflər heyəti tərəfindən 80-ə yaxın iştirakçı seçilib. Dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsində, 1-5-ci günlər (həftənin 5 günü) İctimai Televiziyanın canlı efirində yarışacaqlar.
İştirakçılar 8 qrupa bölünüb, 8 həftə ərzində yarışacaqlar. Hər qrup həftənin ilk beş günü öz bacarığını nümayiş etdirəcək. Bazar ertəsi "Avroviziya" hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. Cümə günü sərbəst gündür. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər.
Qeyd edək ki, Milli seçim turunun 2013-cü il mart ayının ortalarında başa çatdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB