Gimnaziyada “Муха-Цокотуха” FOTOLAR

Gimnaziyada “Муха-Цокотуха” FOTOLAR

Bu gün 160 saylı Klassik gimnaziyanın akt zalında rus uşaq ədəbiyyatının məşhur yazıçısı Korney Çukovskiyin yaradıcılıq gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən gimnaziyanın direktoru Faina Ələkbərova bildirib ki, bugünkü yığıncaqda məktəbin 1 V sinfi iştirak edir: "Bu kimi layihələrimiz davamlı şəkildə həyata keçirilir. Layihələrimizin davamı olaraq bu gün məşhur uşaq yazarı K. Çukovskiyin yaradıcılığına yer ayırdıq. İnanıram ki, gələcəkdə gimnaziyamızın digər siniflərin şagirdləri də öz məharətlərini göstərə biləcəklər".

Məlumat üçün bildirək ki, klassik gimnaziyanın 1 V sinif şagirdləri yazarın iki məşhur əsərini səhnələşdiriblər. Həmin əsərlər "Муха-Цокотуха" və "Мойдодыр" olub.

Qeyd edək ki, tədbirdə həmçinin Rusiya səfirliyindən nümayəndələr də qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə