Tünzalə Ağayeva və Miri Yusifin konserti 21 dekabrda baş tutacaq
Əməkdar artist Tünzalə Ağayeva ilə tanınmış ifaçı Miri Yusif eyni səhnəni bölüşəcək. Bu barədə konsert keçirilən məkanın piar meneceri Elvir Salamov deyib. O, bildirib ki, cütlüyün konserti çox maraqlı və bütün dünyanın diqqətini cəlb edən gündə olacaq: "Tünzalə xanımla Miri Yusifin konserti 21 dekabr tarixində baş tutacaq. Bildiyiniz kimi, bu tarix nə vaxtandır ki, insanların diqqətindədir. Çünki insanların əksəriyyəti düşünür ki, dekabrın 21-i dünyanın sonudur".
Menecer onu da qeyd edib ki, T.Ağayeva konsert zamanı caz mahnıları ifa edəcək: "Həmin gün əsl caz şousu olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB