Aktyorlarımız həkim nəzarətində

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı və texniki heyəti "Sağlam həyat uğrunda" kampaniyası çərçivəsində Səbail rayon 1 saylı poliklinikasının həkim briqadası tərəfindən pulsuz müayinə edilib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müayinə çərçivəsində əməkdaşlara həkimlər tərəfindən profilaktik xarakterli müxtəlif tövsiyələr verilib. Aksiyada Səbail rayonu İcra Hakimiyyətinin elm, təhsil və mədəniyyət şöbəsinin müdiri Pərvanə Kazımzadə də iştirak edib.

Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyi dekabrın 1-dən "Sağlam həyat uğrunda" devizi altında profilaktik tədbirlər aylığına start verib. Ölkənin bütün bölgələrini və müəssisələrini əhatə edən kampaniya dekabr ayının 31-dək davam edəcək.

Qeyd edək ki, kampaniyanın həyata keçirilməsində əsas məqsəd insanları sağlam həyat tərzinə cəlb etmək və bunun üçün müayinələr aparmaqdır. Bundan başqa Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının rəhbərlik etdiyi briqadalar regionlarda əhalinin profilaktik məqsədlə müayinə edilməsində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə